SEO xidməti vacibdirmi?

Son dövrlər dünyada və ölkəmizdə SEO fəaliyyəti populyarlaşır. Buna görə də, şirkətlərin və sahibkarların öz marketinq planında SMM xidməti kimi SEO fəaliyyəti də önəmli yer tutmağa başlayır.

SEO nədir və hansı fəaliyyəti yerinə yetirir?

 

SEO - axtarış sistemi optimizasiyasını həyata keçirmək üçün profesional fəaliyyətdir. Belə ki, istənilən bir istifadəçi axtarıb-tapmaq istədiyi kontentə uyğun açar sözləri (hansı ki bunlar bexnəlxalq terminologiyada “keyword” adlanır) axtarış sisteminə daxil edir və daha sonrasında həmin axtarış sisteminin internetdə indeksləşdirdiyi nəticələri əldə edir. Əsas axtarış sistemləri olan Google, Yandex, Bing və digər axtarış sistemlərində optimallaşdırma fəaliyyəti şirkətlərə əlavə fürsətlər verir. Lakin, prosesin özü çətin və çox vaxt aparan işdir. SEO olan şəxslər adətən, xüsusi açar sözlərdən, reklamlardan (Google ads) və digər yollardan istifadə edərək saytı axtarış sistemi üzrə daha üst sıralara çəkə bilirlər. Beləliklə, şirkətlər lokal və global səviyyədə daha böyük insan kütləsinə çatırlar. Əsas məsələ isə saytın axtarış sisteminin veb robotlar gəldiyində optimallaşmış olmasıdır. Buna görə də, əsas kriteriya veb saytın axtarış sistemləri üçün sözün əsil mənasında axtarılan məzmuna və şərtlərə uyğun olmasıdır. Yəni, SEO, optimallaşdırma fəaliyyəti ilə veb saytın axtarış sisteminə etibarlı, keyfiyyətli və uyğun məzmuna sahib olduğuna inandırmalıdır. Nəticə almaq bəzən uzun vaxt tələb etsə də, hədəflərə çatdıqda çox böyük uğurlar əldə edilir. Şirkətlər və potensial investorlar saytın optimalaşdırmasını artırmaqla, xitab etdikləri kütləni artırmaq və öz veb saytlarının əlçatanlığını maksimalaşdırmaq istəyirlər. Bu isə öz növbəsində şirkətlər və sahibkarlar arasında bu sahədə böyük və yıxıcı yarışa səbəb olur. Hər şirkət bu yarışda maksimum nəticə və güc əldə etmək istəyir. Bütün bu məsələlər böyük bir işin parçasıdır və çox böyük əhəmiyyəti var. Elə bu səbəbdən də SEO işi şirkətlərin marketinq planının vacib parçasıdır.

Yuxarıda sadalanan səbəblərdən ayrı – ayrı şirkətlər effektiv marketinq strategiyası üçün SEO agentlikləri ilə işləyirlər. Axtarış sistemləri işləmə aspektindən səhifələri xüsusi alqoritmlərə görə sıralayırlar. Google alqoritmlərini bilən və işdə ixtisaslı olan SEO agentlikləri, brendin veb saytlarını açar kəlimələr yardımı ilə ilk sıralara yerləşdirməyə köməklik edir. Brend və veb sayt insanlar üçün rəqiblərinə nisbətən daha əlçatan olduğundan, bu öz növbəsində satışlarda önəmli miqdarda artımlara səbəb olur.

SEO fəaliyyəti və onun artan önəmi

“SEO”nun önəmi, veb saytın artan trafikindən müəyyən olunur. Milyonlarla istifadəçinin olduğu internet dünyasında populyar olan axtarış sistemlərini bilmək belə SEO fəaliyyətinin önəmini ortaya qoyur. Nəzərə alanda ki, hər gün internet istifadəçilərinin sayı durmadan artır, təkcə bu belə çox fundamental faktordur. Bu qədər böyük kütləyə sahib platformada yer almaq, rəqiblərə nəzərən bu dağıdıcı yarışda bir addım belə öndə olmaq və şirkətin nüfusunu artırmaq üçün xüsusi üstünlükdür.

Təəssüf ki, bəzən şirkətlər və bu sahədə yetərli informasiyası olmayan şəxslər düşünür ki, açar sözləri axtarmaq, tapmaq və onları öz kontentlərində (məsələn, bloq yazılarında) istifadə etmək saytın axtarış sistemlərində ilk sırada çıxmalarına kifayətdir. Lakin, təkcə bu yol əlbəttə ki, yetərli deyil. Bir çox şirkətin bu tip işləri görməsinə və SEO fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, nəticə əldə edə bilməmələrinin əsas səbəbi elə məhs budur. Buna görə də, profesional şəxsləri bu işə cəlb etmək və ya bu sahədə ixtisaslaşmış şirkətlərlə çalışmaq böyük üstünlükdür. Bu isə iki əsas faktora görə vacibdir. İlk olaraq, mövcud kütləni əldə saxlamaq və onlara gələcəkdə də xitab etmək öncül məsələdir. Çünki, unutmaq olmaz ki, nüfuz qazanan şirkətlər rəqibləri tərəfindən izlənilir, analiz olunur və adekvat marketinq və SEO strategiyaları qurulur. Bu isə o deməkdir ki, şirkətlər üçün mövcud kütləni əldə saxlamaq belə çətindir. Buna görə də, SEO istənilən zaman aktuallığını qoruyur və önəmini itirmir. İkinci səbəb isə potensial müştərilərə xitab etməkdir. Bu isə öz növbəsində çox məsuliyyətli bir işdir. Bir digər məsələ isə bu fəaliyyətlə məşğul olanın, bu sahədə həqiqətən təcrübəli olmasıdır. Yanlış SEO strategiyası şirkətə xeyir vermək əvəzinə dağıdıcı nəticələrə də səbəb ola bilər. Ona görə də, güclü şirkət, agentlik və təcrübəli analitik ilə işləmək vacibdir.

Bloq Kateqoriyaları