SMM xidməti və önəmi

Sosial media markentinqi sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsidir.

 

Sosial media markentinqi sosial şəbəkələrdə marketinq fəaliyyəti ilə məhsul və xidmətlərin satışının təşkil olunmasıdır. Ənənəvi marketinq strategiyalarından fərqli olaraq sosial media marketinq bütün marketinq növlərinin içərisində ən çox effektivli vasitədir. Bu yolla istifadəçilərə təklif olunan məhsul və xidmətlər barədə yetərli informasiya verə bilərlər. SMM köməyi ilə istifadəçilər müştərinin saytına daxil olaraq bloqlar, hər gün baş verən yeniliklər, təklif edilən məhsullar barədə məlumat toplaya bilir. Bəzi regionlarda və müxtəlif səbəblərdən təklif olunan məhsul və xidmətlər hər yerdə əlçatan olmasa da, sosial media marketinqi ilə bu fəaliyyət, internetin olduğu hər yerdə və ölkədə mümkündür. Sosial şəbəkələrdə auditoriya qazanmaq bəzi insanlara asan görünsə də, bəzi problemlərə görə bu prosess çox çətindir. Çünki, istifadəçilərin inamını qazanaraq onların sayını artıqmaq əsas məsələdir. Sosial media platforması auditoriyanın fikirlərini öyrənməyə və onlarla daim əlaqədə yaratmaqda əvəzsiz üsuldur.

Bu faktdır ki, son illərdə sosial şəbəkələrdən istifadə edənlərin sayı televiziya izləyənlərdən qat-qat çoxdur. Sosial şəbəkələrə daxil olan yeni istifadəçilər isə hər il artmaqdadır. Nəticə olaraq, potensial müştərilər hər il artır və bu isə öz növbəsində şirkətlərə yeni fürsətlər yaradır. Sosial media istifadəçiləri vasitəsiylə paylaşılan postlara gələn şərhlərdən insanların tələbərini də öyrənmək mümkündür. Ümumiyyətlə,sosial media marketinqi üzrə mütəxəssislər dataları analiz edib, həmin informasiyaları öz məqsədləri üçün gələcək fəaliyyət planın qurulmasında istifadə edirlər. Reklam yaradılanda isə əldə edilən nəticələr daha da vacibdir. Xüsusi ilə sosial media istifadəçilərinin artan sayı və aktivlikləri nəzərə alındıqda sosial media marketinqin vacibliyi birbaşa müşahidə edilir.

Bilindiyi kimi, sosial şəbəkələrdə reklam digər ənənəvi yollardan daha sərfəlidir. Bunun vasitəsiylə istənilən qədər auditoriya kütləsi yığmaq və kontentlərə uyğun reklam yaratmaq mümkündür. Sosial media marketinqi üçün vacib olan bəzi işlər var. Bu işlərə aşağıdakılar daxildir:

1. Paylaşma üçün sosial media platformalarının seçilməsi: Bəzən lokal səviyyədə insanların seçdiyi sosial platformalar regionlar üzrə fərqi ola bilər. Məsələn, dünyada “Twitter”a böyük maraq olsa da, ölkəmizdə bu müşahidə olunmur. Bu isə şirkətləri platformaların seçilməsində diqqətli olmağa vadar edir.

2. Doğru hədəf kütlənin seçilməsi: Hədəf kütlənin seçilməsi səhvsiz olmalıdır, çünki, xüsusiylə də fəaliyyətin ilk dövrlərində bu faydalılığı artıran faktordur.

3. Kontentlərin idarə edilməsi: Sosial mediada ən əhəmiyyətli məsələlərdən biri kontentlərin tərkibi və onların insanlarda maraq oyatmasıdır. Çünki, ancaq bu vasitə ilə sabit auditoriya kütləsi yaradıla bilər. Kontentlər yaradılarkən maraqlı olmalı, yığcam və yüksək keyfiyyətdə olmalıdır. Nəzərə alınmalıdır ki, paylaşımların vaxtı, sayı və s. burada əsas məsələlərdir.

4. Rəqib analizi: Bir çox insanlar müasir bazar reallığında sadəcə sosial şəbəkələrin idarə olunmasına fokuslanırlar. Halbuki digər faktorlar, məsələn rəqiblərin analizi edilməsi ya nəzərə alınmır, ya da çox gec və qüsurlu edilir. Təcrübəli SMM mütəxəssisi, sahədə olan rəqibləri diqqətlə analiz etməli, uyğun marketinq planı hazırlanandan sonra adekvat sosial media strategiyası ilə dəstəkləməlidir.

5. Reklamların yaradılması: Reklamlar sosial şəbəkələr üzərindən məhsul və xidmətləri tanıtmağın açarıdır. Doğrudur, normal olaraq siz sadecə postlar vasitəsiylə də, bunu edə bilərsiz. Lakin, reklam istər hədəf kütlə sayının müəyyən edilməsi, istər konkret auditoriyaya xitab etmək baxımından əvəzsizdir. Buna görə də, bu fəaliyyət SMM işinin tərkib hissəsidir və diqqətli olunmalıdır. Əks təqdirdə, bu iş sadəcə pul və vaxt itkisi ola bilər. Çünki, sosial media marketinqinin əsas hədəflərindən biri də, az maliyyə ayırmaqla maksimum effekt əldə etməkdir. Lakin, bu o demək deyil ki, az maliyyə ayrıldığından bu problem yaratmır. Əksinə, daimi reklamlara görə kompleks tədbiqlər vacibdir.

Kimlərə müraciət oluna bilər?

Bu sahədə də, ixtisaslaşmış şirkət və şəxslər çox sayıda mövcuddur. Müxtəlif şirkətlər öz SMM işlərini “outsourcing” şirkətlərə həvalə edirlər. Təbii ki, bu məsələlərdə maraqlı olmaq və seçilən şirkətin işlərinə diqqət etmək lazımdır. Bununla birlikdə, şirkətlər özləri də xidmət səviyyələrini və responsivlik səviyyələrini artırmalıdırlar. Çünki, əgər sosial mediada yüksək səviyyədə paylaşılan postlar realda olan məhsul və xidmətlərlə təzad təşkil edərsə, onda bunun özü şirkətin imicinə zərər ola bilər və son nəticədə, şirkətin nüfuzunu itirməsinə gətirib çıxara bilər.

Bloq Kateqoriyaları