Brendinq nədir?

Brendinq e.ə 350 – ci ildən bəri mövcuddur və qədim Nors dilində “Brandr” sözündəndir ki, mənası “yandırmaq” deməkdir. Sözün özü 1500 – ci illərdə ferma sahiblərinin mal-qaralarını işarələməsindən formalaşıb.
Bugün isə bu bir qədər fərqlidir. Belə ki, günümüzdə şirkətlər üçün məsələ sadəcə loqodan ibarət deyil. Artıq şirkətlər markaları ilə müştəriləri arasında qırılmaz bir inam yaratmaq istəyirlər. Bu sahədə də, Avir Digital əvəzsiz imkan yaradır.
Veb dizayn – Veb dizayn, saytların yaradılması və mobil cihazlara uyğun dizaynı (responsiv) edilməsi üçün profesional fəaliyyətdir. Ümumi olaraq, veb dizayna qrafik dizayn,interfeys dizaynı və standartlaşdırılmış kod daxildir. Peşəkar komandamız ilə xəyallarınızdakı dizaynı reallaşdırmaqda yardımçı olacayıq!

Presentation – Müasir dövrdə şirkətlərin ən böyük problemlərindən biri də, müştərilərə məhsul və xidmətlərini haqqında dolğun informasiya verə bilməməsi və təqdimetmə səviyyəsinin aşağı olmasıdır. Bu məsələdə, bütün işlərinizi bizə tapşıra bilərsiz!

Onlayn reklam- Rəqəmsal marketinq, şirkətlərin əsas güc mənbəyi hesab edilən veb-saytlarının axtarış sistemlərdə öndə çıxarılması üçün əvəzsizdir. Onlayn reklamlar son dövrlər məhs bu səbəbdən diqqət mərkəzindədir. Google, Yandex və digər axtarış sistemləri üçün effektiv və məhsuldar reklamların yaradılması vacib məsələdir. Avir Digitalın rəqəmsal marketinq üzrə təcrübəsindən faydalana bilərsiz.
İnfluencer – Bu xidmətə, sosial şəbəkələrdə məşhur şəxslərin brendlərinizi tanıtması, kampaniya büdcələrinin müəyyəşdirilməsi, kontentlərin idarə edilməsi, real-time hesabatlar və analitiklərlə lahiyələrin monitorinqi daxildir.

Copywriting – Burada əsas məsələ reklam məqsədli və digər marketinq formaları üçün mətnlərin yazılmasıdır. Məhsul  “copy” adlanır və yazılan kontent brendə maraq və diqqət yaradır.
Copywriting kataloqların, reklamların yaradılmasına köməklik edir.

Mobil app-  Mobil tətbiqlər izləyicilərlə və müştərilərlə əlaqə saxlanılmasında, məhsul və xidmət reklamları barədə bildiriş göndərilməsində və ümumiyyətlə, satışda çox mühüm bir vasitədir. Biznesinizə uyğun mobil tətbiqlərinizin yaradılması üçün tək ünvan var - Avir Digital!
E-commerce development – Buradakı fəaliyyətimiz sizin brendlərinizi rəqiblər arasında üst sıralarda saxlamağa, ən yaxşı istifadəçi məmnunluğu yaratmağa, satışların həcmini artırmağa və müştərilərin gözləntilərinə tam cavab verməyə fokuslanıb.
E-mail marketinq – Dünyada olduğu kimi, ölkəmizdə də, e-mail marketinqinə diqqət artmaqdadır. Təcrübəli komandamızın müştərilərinizə ən yaxşı formada və effektiv xitab etmək üçün daim çalışacağından tam əmin ola bilərsiz!
SMS marketinqi – İnformasiyaların çatdırılmasında maksimum rahat, sürətli və faydalı vasitəsi olan kütləvi SMS marketinqini sizlərə təklif edirik. Bununla asanlıqla müştəri sayını artıra, məhsul və xidmətləriniz üçün hazırladığınız endirim və reklam kampaniyalarını insanlara çatdıra bilərsiz.

Logo – Loqo şirkətlər üçün kimlik rolunu oynayır. Buna görə də, loqo və onu formalaşdıran hər şey (şrift, dizayn,stil və s.) yaddaşlarda qalacaq bir tərzdə bənzərsiz olmalıdır.  Fərqli, kreativ və bənzərsiz loqonuz olmasını istəyirsizsə, bizə müraciət edin!

Data Analiz- Faydalı məlumatları kəşf etmək, nəticə çıxarmaq və qərar verməyi dəstəkləmək məqsədi ilə dataları analiz etmək və modelləşdirmək üçün bir prosessdir. Bu sahədəki təcrübəmizi bölüşməyə və əməkdaşlığa hazırıq.

Bloq Kateqoriyaları